23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qondarma rejimin "müdafiə nazirinin müavini" öldürüldü - SON DƏQİQƏ

Qondarma rejimin "müdafiə nazirinin müavini" öldürüldü - SON DƏQİQƏQondarma Dağlıq Qarabağ rejiminin Müdafiə nazirinin müavini Artur Sarkisyan Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində öldürülüb.

GununNebzi.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan”a Qarabağ Müdafiə Ordusundakı mənbə təsdiqləyib.

Qeyd edək ki, polkovnik Artur Sarkisyan bu ilin iyul ayında Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandirinin müavini təyin edilmişdi. Bundan başqa, 2 noyabrda açıqlanan ölən erməni hərbçilərinin siyahısında Sergey Şakaryanın adı var. 4 oktyabrda polkovnik Şakaryan Qarabağ Prezidenti Araik Arutyunyanın fərmanı ilə "Artsax Qəhrəmanı" adına layiq görülüb.

Xatırladaq ki, qondarma Dağlıq Qarabağ rejimin Müdafiə naziri Cəlal Harutyunyan da 27 oktyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdi.


Tarix: 2-11-2020, 17:52 Oxunub: 129


Bölməyə aid digər xəbərlər