Rusiyanın Yekaterinburq şəhərində dörd nəfər odlu silahla qətlə yetirilib.
GununNebzi.az xəbər verir ki, hadisə mənzillərdən birində baş verib.
Faktla bağlı istintaq başladılıb. Bildirilir ki, üç kişi və bir qadının cəsədi tapılıb. Bütün qurbanlarda güllə yarası var.
Hadisə yerindən “Sayqa” ov karabini sübut kimi götürülüb.
Bundan əlavə, mənzildə olan 17 yaşlı qız da güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, ev sahibi silahla əvvəl qonaqları öldürüb, sonra isə intihar edib.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib: onlar 2002-ci il təvəllüdlü bir qız, 1988, 1984 və 1986-cı il təvəllüdlü kişilərdir.
Xəstəxanaya yerləşdirilən 2003-cü il təvəllüdlü yeniyetmə isə artıq əməliyyat olunub, ağır vəziyyətdə reanimasiyadadır.
Mənzilin sahibinin əvvəllər oğurluq etdiyinə görə cəzalandırıldığı qeyd edilir. O, özəl təhlükəsizlik şirkətinin mühafizəçisi olub. / oxu.az
Bölməyə aid digər xəbərlər