23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Birgə Mərkəzə bu generallar rəhbərlik EDƏCƏK

Birgə Mərkəzə bu generallar rəhbərlik EDƏCƏKİşğaldan azad olunan Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

GununNebzi.az xəbər verir ki, Mərkəzdə türkiyəli şəxsi heyətə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.

Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Qeyd edək ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.


Tarix: 30-01-2021, 12:18 Oxunub: 264


Bölməyə aid digər xəbərlər