01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Pakistan Azərbaycana təşəkkürünü bildirib

Pakistan Azərbaycana təşəkkürünü bildiribPakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Cammu və Kəşmir məsələsində İslamabadın mövqeyini dəstəklədiyi üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təşəkkürünü bildirib.

GununNebzi.az "azərtac"a istinadla xəbər verir ki, pakistanlı nazir bu məsələyə dair İƏT-in siyasi bəyanatını həmin bölgədə insan haqlarının pozulmasının qarşısını almaq və problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirib. Qureyşi İƏT-in Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun səfirlər səviyyəsində keçirilən iclasına göndərdiyi videomesajda bildirib ki, Hindistan BMT-nin faktaraşdırıcı missiyası və İƏT İnsan Hüquqları Daimi Komissiyasının qətnamələrinə əməl etməlidir.
O, həmçinin İslam ölkələrinin münaqişənin sülh yolu ilə nizama salınmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Nazir xatırladıb ki, ötən ilin noyabrında Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında Cammu və Kəşmir probleminin həlli üçün şuraya xüsusi mandat verilib.
Pakistanlı nazir Kontakt Qrupunun üzvləri olan Azərbaycan, Niger, Səudiyyə Ərəbistanı və Türkiyəyə Cammu-Kəşmir probleminin həllində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Tarix: 7-02-2021, 17:30 Oxunub: 162


Bölməyə aid digər xəbərlər