23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
GƏNCLƏR TƏLƏSİN - restoransız, qonaqsız, borca düşmədən yeni toy modeli

GƏNCLƏR TƏLƏSİN - restoransız, qonaqsız, borca düşmədən yeni toy modeli

Dünyada qorxulu kabusa çevrilən koronavirus pandemiyası Avropa ölkələrində daha sürətlə yayılır. Hər gün dünya ölkələrinin koronavirus qurbanları ilə bağlı səhiyyə təşkilatlarının açıqladığı rəqəmlər qorxunc mənzərə yaradır. Pandemiya ölkəmizdə də yayılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı xəbərə görə, artıq bizdə bu səbəbdən 3 nəfər dünyasını dəyişib. Koronavirusa yoluxma hallarının qarşısını almaq üçün mübarizə tədbirləri davam edir. Demək olar ki, bütün kütləvi işlər, tədbirlər dayandırılıb, yas və toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Koronavirus pandemiyası bir neçə ay davam edə bilər. Çünki pandemiyanın dəqiq nə vaxt bitəcəyini dünya alimləri belə bilmir. Belə olan təqdirdə gənclər izdivacın yeni yollarını tapa bilərmi?

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Modern.az saytına açıqlamasında pandemiya dövründə fərqli toy etməyin mümkünlüyünü istisna etməyib.

Bizdə çətin alına

“Azərbaycan cəmiyyətində necə ola bilər ki, ailə qurulan zaman insanların 80 %-i şadlıq sarayında toy etməsin. Bu, rasional yanaşmadır. Rasional yanaşmadan da bizim cəmiyyət uzaqdır. Nənələr, analar, qohum-əqrəba şadlıq sarayında toplaşmadan koronavirus dövründə gənclərin evlənməsinə icazə verəcəkmi?! Axı yeni aldıqları paltarlarını geyinib oynamalı, müğənnilərə 8-10 min pul ödəməli, toya gələn müğənni ilə şəkil çəkdirməlidirlər. Bunlarsız bizdə qeyri-mümkündür. Bizdə alına bilməz”.

Pulunuz cibinizdə qalacaq

Fazil Mustafa bəzi adət ənənələrimizin koronavirus dövründə təftiş olunmasına ehtiyac olduğunu bildirib: “Tutaq ki, iki gənc ailə qurmaq istəyir. Bu zaman dəvətnaməni poçt vasitəsilə insanlara göndərir. Daha sonra bir hesab açılır və hesab vasitəsilə toya pul salmaq istəyən insanlar ödəniş edə bilərlər. Məsələn, əgər şadlıq evinə gedən insan restoranın qiymətini də nəzərə alıb 200 manat salırdısa, bunun da 100 manatı ev sahibinə qalırdısa, bu dəfə açılan hesaba 100 manat ödəyəcək. Bununla da həm pul ev yiyəsinə qalacaq, həm də şadlıq evləri boykot olunacaq. Düzdü, bunu Azərbaycabda tətbiq etmək çox çətindir. Götürək yas mərasimlərimizi. İnsanlara yalvarırlar ki, yemək vermə. Ancaq ən kasıb olan şəxs belə gedib borc alıb yas süfrəsi açır. Bizdə cəmiyyətin fikirlərinə önəm verilir. Filankəslər nə deyər düşüncəsi hakimdir”.

Sosiallaşma mühiti yoxdur

Millət vəkili koronavirus dövrünün Azərbaycan insanının həyatını sadələşdirməli olduğunu da qeyd edib:

“Çünki kasıbımız da, varlımız da bir balaca imkan olan kimi həddi aşır. Əgər birmərtəbəli evdə yaşamaq kifayət edirsə, bütün meşəni həyətinə qatır. Açığı, bu cür yaşam tərzi yanlışdır. Özü üçün yaşamayan, başqasına göstərmək üçün yaşayan cəmiyyətlərdə bu formada toy etmək çox çətindir. Sadəcə indiki durumda kimlərsə bu addımı atıb digərlərinə də nümunə göstərməlidir. Həmçinin koronavirus olan dövrdə edilən toylarda dəbdəbəli yemək də verilməyəcək. Bununla da vaxtın dəyərli olduğu ortaya çıxır. Kişilərimiz toya gedib bir az içib toyu tərk edir. Qadınlarımız isə oynamağa gedir. Əslində qadınlarımızı da anlamaq lazımdır. Çünki onların sosiallaşma mühiti yoxdur. Görmüsüzmü, bağçaya uşaq aparan qadın ayrı-ayrılıqda uşaqları gözləyə və sosial mühit yaradıb nələrisə müzakirə edə?! Kişilərin də sosiallaşma mühiti çayxana və pivəxanadır”.

P.S. Hər halda kronaviruslu dünyanın arxada qalacağını düşünüb gənclər hərəkətə keçməlidir. Necə deyərlər, pulunu şadlıq evlərinə verməyəcəksən, borca düşməyəcəksən, yaxın ətrafla əsl toy həzzi yaşayacaqsan.


Tarix: 27-03-2020, 14:11 Oxunub: 191


Bölməyə aid digər xəbərlər