Azərbaycanda Gigiyena məhsulları və Uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “VƏLİOĞLU-2018” MMC ölkə başçısı İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 10 min manat vəsait köçürüb.
Şirkət eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün məhsul anbarlarını, ofis otaqlarını, nəqliyyat vasitələrini müntəzəm olaraq dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması, maska və əlcək ilə təmin edir. Şirkət əhalinin bu sahədə mövcud təminatını nəzərə alaraq, məhsul stoklarını artırmaq üçün gücləndirilmiş iş rejimində çalışır.
Məlumat üçün bildirək ki, “VƏLİOĞLU-2018” MMC Türkiyənin Məşhur “PREDO” brendinin rəsmi distribüteridir. Şirkət ölkəmizə “PREDO” brendinin Uşaq bezlərinin, yaşlı və ahıllar üçün bezlərin, nəm salfetlərin, “PREDOX” yuyucu tozlarının idxalını və satışını həyata keçirir.
Bununla da şirkət Prezident İlham Əliyevin tövsiyələrini əsas tutaraq, hər kəsi sosial həmrəylik nümayiş etdirməyə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən önləyici tədbirlərə qoşulmağa çağırır. #Evdəqal#
Bölməyə aid digər xəbərlər