23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Karantin qaydaları sərtləşdirilə bilər – Müddətin də uzadılması gözləniləndir

Karantin qaydaları sərtləşdirilə bilər – Müddətin də uzadılması gözləniləndir

gununnebzi.az Nazirlər Kabinetinin qərarı ilə koronavirusa görə tətbiq edilən karantin rejimi bu həftə sonu yekunlaşır. Aprelin 20-i tarixindən karantin müddəti başa çatır.
Lakin virusa yoluxma hallarının artmasının müşahidə edilməsi hökumətin karantin rejimini uzadacağı ehtimallarını artırır. Bu barədə NK Yanında Opertiv Qərargahın ötən həftəsonu keçirdiyi mətbuat konfransında da fikirlər səsləndirilmişdi.
Görünən odur ki, dövlət qurumları vətəndaşların karantin qaydalarına lazımı səviyyədə əməl etməməsi qənaətindədir və qaydaların sərtləşdidilməsi lə yanaşı, karantin müddətinin də uzadılması gözləniləndir.
Məsələyə aydınlıq gətirmək məqsədilə Moderator.az Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
İ.Məmmədov belə bir ehtimalın mümkün olduğunu bildirib: “Mövcud şərtlərə görə bu, ola bilər. Ancaq hələlik rəsmi qərar qəbul edilməyib”.


Tarix: 13-04-2020, 15:30 Oxunub: 114


Bölməyə aid digər xəbərlər