20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
Baş infeksionistdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

Baş infeksionistdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA"Hazırkı dövrdə respublikamızda koronavirus infeksiyasının yayılmasının azalması müşahidə olunur. Bir neçə gündür bir növ sabitlik yaranıb".

gununnebzi.az xəbər verir ki, bunu Respublikanın Baş infeksionisti Cəlal İsayev Real TV-yə açıqlamasında deyib. Onun sözləri görə, azalmalardan dolayı arxayın olmaq üçün hələ tezdir:
"Çünki bu infeksiya hava-damcı yolu ilə yayılır. Belə infeksiyalardan hər cür təlatümləri gözləmək olar. Çünki karantin rejiminin tətbiqindən əvvəlki dövrdə baş verən yoluxmalar var ki, onlar hələ də virusu ifraz edən insanlar ola bilər. Biz onların azad hərəkətinə icazə versək, digər insanların yoluxmasına səbəb ola bilər. Ona görə də arxayınlaşmaq olmaz. Hesab edirəm ki, karantin rejiminin bir qədər də uzadılmasına ehtiyac var. Tam əmin olduqdan sonra mərhələli şəkildə karantinin yumşaldılmasına imkan yarana bilər. İndidən başlasaq, fikrimcə, səhv etmiş olarıq. Karantin rejimini uzatmaq vacibdir".

Baş infeksionistdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA


Tarix: 15-04-2020, 15:27 Oxunub: 114


Bölməyə aid digər xəbərlər