Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianələr davam edir.
İndiyədək Fonda 112 milyon 679 min 647 manat vəsait köçürülüb.
Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3 125) və fiziki şəxslər (10 435) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 331 min 373, fiziki şəxslərdən yığılan vəsait isə 7 milyon 7 min 741 manatdır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən fiziki şəxslər arasında dövlət və hökumət nümayəndələri, məmurlar, səfir və rektorlar da var. KMDF-yə ilk olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını köçürüblər.
bu barədə Modern.az Fonda ianə etmiş məmurların adlarını və köçürdüyü vəsaitin miqdarını (manatla) təqdim edir:
İlham Əliyev (Azərbaycan Respublikasının Prezidenti) - 126 900
Mehriban Əliyeva (Azərbaycanın Birinci vitse-prezidenti) - 101 700
Əli Əsədov (Baş Nazir) - 10 000
Yaqub Eyyubov (Baş Nazirin müavini) - 9 000
Məleykə Abbaszadə (Dövlət İmtahan Mərkəzinin sədri) - 8000
Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) - 5000
Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 3951
Ceyhun Bayramov (Təhsil naziri) - 10 000
Niyazi Bayramov (Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı) - 1000
Mayis Bərxudarov (general-mayor) - 2030
Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) - 10 460
Əli Əhmədov (Baş Nazirin müavini) - 2820
Qəzənfər Əhmədov (ANAMA-nın direktoru) - 1700
Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri) - 10 000
Cəmil Əliyev (Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru) - 20 000
Fərəh Əliyeva (PA-nın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri) - 500
Natiq Əmirov (Prezidentin köməkçisi - PA-nın İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri) - 10 000
Abdin Fərzəliyev (Nərimanov rayon İcra Hakimiyyətinin başçısı) - 3000
Eyvaz Hüseynov (Xocavənd rayon İcra Hakimiyyətinin başçısı) - 1500
Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi) - 3000
Səfər Mehdiyev (Dövlət Gömrük Komitəsinin sədri) - 10 000
Müstəqim Məmmədov (Tərtər rayon İcra Hakimiyyətinin başçısı) - 2000
Şahin Mustafayev (Baş Nazirin müavini) - 3090
Polad Bülbüloğlu (Azərbaycanın Rusiyadakı səfiri) - 10 000
Əbülfəs Qarayev (Mədəniyyət naziri) - 5000
Ramin Quluzadə (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri) - 2327
Ədalət Muradov - (ADİU-nun rektoru) - 2428
Elmar Qasımov (BANM-nin rektoru) - 5000
Mədət Quliyev (Müdafiə Sənayesi naziri) - 17 165
Mübariz Qurbanlı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri) - 2500
Cavid Qurbanov (Azərbaycan Dəmir Yolları QSC-nin sədri) - 10 000
Elman Rüstəmov (Mərkəzi Bankın rəhbəri) - 6800
Fərid Şəfiyev (BMTM-nin rəhbəri) - 1694
Oqtay Şirəliyev (Səhiyyə naziri) - 10 000
Elçin Babayev (BDU-nun rektoru) - 3500
Gəray Gəraybəyli (ATU-nun rektoru) - 2000
Bölməyə aid digər xəbərlər