14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
15:36 / 26-11-2024
Nazir rəisi işdən çıxardı - Yeni təyinat
12:09 / 26-11-2024
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
11:52 / 26-11-2024
Tatlısəs yerimə qabiliyyətini itirdi - Foto
07:28 / 26-11-2024
Polşa prezidenti Ermənistana getdi
07:21 / 26-11-2024
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
07:20 / 26-11-2024
Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib - FOTO
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.
Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.
Yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.
Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayır. 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Düşmənin hədəf aldığı Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirib.
Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda həyat yenidən canlanır, həmin ərazilərə insanlarımızın qayıtması üçün şərait yaradılır.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-09-2021, 13:42 Oxunub: 350
Bölməyə aid digər xəbərlər
8-11-2020, 12:59
Prezident və xanımı Fəxri Xiyabanda
13-01-2021, 11:23
Mehriban Əliyevadan Zəfər muzeyi ilə bağlı TAPŞIRIQ
10-12-2020, 13:49
Bakıda Zəfər paradı keçirilir - CANLI