23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanın da imtina etdiyi bayram - Zəhmətkeşlər günü

Azərbaycanın da imtina etdiyi bayram - Zəhmətkeşlər günü
gununnebzi.az 1 may tarixi dünyanın bəzi ölkələrində Zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.

1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonaralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəyliyi günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər.



Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib.

1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.

Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də Beynəlxalq Əmək günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.


Tarix: 1-05-2020, 10:20 Oxunub: 132


Bölməyə aid digər xəbərlər
29-02-2020, 13:00 Martda 15 gün iş olmayacaq