gununnebzi.az Bu gün təbliğat çox önəmli amildir. Bəzi telekanallar yüngüllükdən azad olmayıb.
Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli deyib:
"Hazırda ciddilik vacibdir. Əyləncəni sonraya saxlamaq olar. Təbliğatda fondun böyük rolu olacaq. Fondun üzvü olmaq böyük məsuliyyət və şərəfdir. Kimi bir milyon, kimi bir manat verdi, fərq etmir, bu, xalqın puludur. Əgər oradan bir manat başqa yerə sərf olunsa, bu xalqa təhqir olacaq.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, səhiyyə avadanlığı üçün pul lazım deyil. Hazırda həkimlərin ailə sığortası üçün pul lazımdır. Onlar ön cəbhədədirlər. Onların ailəsi üçün sığorta məsələsində razılığa gəldik. Proyekt olmasa da, ideyalar var. Monitorinqdə vətəndaşların özlərini necə aparmasına nəzarət olunur. Bulvar bağlı olsa da, vətəndaşlar sahildə gəzir. Onları başa düşürəm, amma onlar da anlamalıdırlar ki, bu, böyük bəladır. Bəziləri inanmır, amma bu var, hiss etmək mümkün deyil. Faciə birdən gəlir, ciddiliyi anlamalıyıq".
O bildirib ki, telekanallarda ciddiliyə yer ayrılmalı, bədii filmlərlə təbliğat aparılmalıdır: "Bütün xərcləri ictimailəşdirmək lazımdır. Məsələn, 2 milyon hara sərf olundu, mütləq insanlara mətbuat vasitəsilə çatdırılmalıdır. Biz nəzarət edəcəyik ki, vəsaitlərin xərclənməsi ədalətlidir, ya yox. Mən söz verirəm".
Bölməyə aid digər xəbərlər