Nazirlər Kabineti yanında operativ qərargahın təlimatına uyğun olaraq, mayın 4-dən etibarən bir sıra qurumların, iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.
gununnebzi.az Baku.Tv-yə istinadən xəbər verir ki, Göygöl rayonunda kafe və restoranlar işini bərpa etməyə başlayıb.
Hazırda iaşə obyektlərində təmizlik işləri aparılır. Sahibkarlar bildirirlər ki, təlimatlarla bağlı məlumatlıdırlar və qaydalara riayət ediləcək.
Xidmət fəaliyyətinə iki gün öncə icazə verildiyindən iaşə obyektlərində müştərilər gözə dəymir.
Müştəri sayının azlığına Gəncə şəhərində xüsusi karantin rejiminin hələ də davam etməsi də səbəb olub. Çünki Göygöl rayonunda fəaliyyət göstərən əksər iaşə obyektlərinin müştəriləri ölkənin ikinci böyük şəhərinin sakinləridir.
Ətraflı videonu təqdim edirik:
My Webpage
Bölməyə aid digər xəbərlər