Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən bu qaydalar pozulur.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi, paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.
Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada həbs olunub.
Kafedə olan müştərilən barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər