01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO

Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO

gununnebzi.az Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın avtomobil yollarında əlavə işıqlandırma sistemləri qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çoxistiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.

Məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülər işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır:

“Uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər. Məhz bunu nəzərə alaraq, agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırılıb. Artıq sözügedən ərazdiə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mütəmadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qaytarması bərpa olunur.

Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO
Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub - FOTO


Tarix: 14-05-2020, 11:01 Oxunub: 110


Bölməyə aid digər xəbərlər