23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çimərliyə izacə ilə gedəcəyik - YENİ QAYDA

Çimərliyə izacə ilə gedəcəyik - YENİ QAYDA
Çimərliklərlə bağlı qaydalar hazırlanır və komissiya yaradılıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"İlk olaraq sosial məsafə saxlanılmalıdır. Bəzi çimərliklərdə sıxlığın müşahidə olunması qaçılmazdır. Buna görə də onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq".

O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı administrasiya yaradılıb və nəzarət olunacaq.

İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib: "Buraya turizm və hotelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eynilə iaşə obyektlərində masalar arasında azı 2 metr, insanlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq".


Tarix: 18-05-2020, 19:39 Oxunub: 119


Bölməyə aid digər xəbərlər