23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezident karantini pozdu, xalqdan üzr istədi

Prezident karantini pozdu,  xalqdan üzr istədi

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen COVID-19 məhdudiyyətlərini pozduğuna görə ictimaiyyətdən üzr istəyib.

Mayın 23-dən 24-nə keçən gecə reyd həyata keçirən polis patrulu Vyana şəhərinin mərkəzində yerləşən restoranlardan birində qayda pozuntusu aşkarlayıb. Restoranların bağlanmasından bir saat sonra polislər dövlət başçısı Aleksander Van der Bellen də daxil olmaqla dörd nəfərin hələ də masa arxasında olduğunu müəyyən edib.

Müvafiq akt tərtib edən polis əməkdaşları bu barədə Vyana Şəhər Magistratını məlumatlandırıblar. A.Van der Bellen baş vermis hadisəyə görə ictimaiyyətdən üzr istəyərək, səhvini etiraf edib. Dövlət başçısı həyat yoldaşı ilə karantin başlayandan bəri ilk dəfə dostları ilə görüşdüklərini və söhbət zamanı vaxta diqqət etmədiklərini bildirib.

Qeyd edilməlidir ki, Avstriyada COVID-19 məhdudiyyətlərini pozan müəssisələri 31 min avroyadək cəza gözləyir. Dövlət başçısının olduğu restoranın hansı məbləğdə cəzalandırılacağı barədə qərarı Vyana Şəhər Magistratı verməlidir.


Tarix: 25-05-2020, 12:30 Oxunub: 61


Bölməyə aid digər xəbərlər