23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıya giriş-çıxış bərpa edilir? - RƏSMİ AÇIQLAMA

Bakıya giriş-çıxış bərpa edilir? - RƏSMİ AÇIQLAMA
""Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq və ölkədaxili sərnişin daşıma fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir".

Bunu "Azərbaycan Dəmir Yolları" QSC Natavan Bayramova bildirib. Onun sözlərinə görə, ancaq "Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırdığından , məhz Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bərpa edəcək.

"Lakin buna baxmayaraq "Azərbaycan Dəmir Yolları" QSC bu müddət ərzində qatarların, xətlərin , yolların xidmətə hazır vəziyyətdə olması üçün müvafiq texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə, beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu Nazirlər Kabinetinin qərarından asılıdır”- N.Bayramova bildirib.

Bununla belə o əlavə edib ki, bütün sahələrə olduğu kimi pandemiya Dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib: "Düzdü yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb.

"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıldığından, yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə məhdud sayda qatar işləyir. Statistik göstəricilərə gəlincə, bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq, 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.

Məlumat üçün bildirim ki, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığını nəzərə alaraq, xəttə daha 2 qatar buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar əlavə edilib”.


Tarix: 28-05-2020, 21:48 Oxunub: 46


Bölməyə aid digər xəbərlər