23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda bir sıra dövlət qurumlarının fəaliyyətinə fasilə verildi

Azərbaycanda bir sıra dövlət qurumlarının fəaliyyətinə fasilə verildi
Bu gün Azərbaycanın dörd şəhər və bir rayonunda dövlət orqanları və qurumları üçün iş saatı qısaldılıb.

Bu, "Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarına əsasən həyata keçirilir.

Belə ki, iyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün verdiyi qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Bununla yanaşı bu həftənin sonu Azərbaycanda fəaliyyətinə icazə verilən qurumlar da müəyyənləşib.


Tarix: 5-06-2020, 17:43 Oxunub: 68


Bölməyə aid digər xəbərlər