23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zakir Həsənov 3 dövlətə mesaj göndərdi

Zakir Həsənov 3 dövlətə mesaj göndərdiMüdafiə naziri Zakir Həsənovun verdiyi son müsahibələr geniş müsahibələr çox vacib idi. Çünki cəmiyyətdə xeyli suallar yığılmışdı. Zakir Həsənovun eyni gündə iki televiziya kanalına Azərbaycan və rus dillərində müsahibə verməsinin də xüsusi əhəmiyyəti var. Görünür, müdafiə naziri onun mesajlarının Azərbaycan cəmiyyəti ilə yanaşı Rusiya və Ermənistanda da eşidilməsini istəyib. Beləliklə, müdafiə naziri 3 cəmiyyətə mesajlar vermiş oldu.

Azərbaycan cəmiyyətini narahat edən əsas sual bu idi: “Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etdikdə Azərbaycan ordusu nədən bu təxribata cavab vermədi?”

Zakir Həsənovun bu suala cavabı belə oldu ki, Şuşada “andiçmə” mərasimi keçirilərkən Azərbaycan Ordusu prezidentin tapşırığı ilə iri planlı genişmiqyaslı hərbi təlimlərə başladı. Həmin təlimlərdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Zakir Həsənov haqlıdır. Həmin təlimlər Ermənistan hakimiyyətini və Dağlıq Qarabağ separatçılarını ciddi narahat etdi. Erməni saytları müxtəlif yazılar yayınladılar, erməni eskpertlər müharibə rsiqinin artdığını bildirdilər. Üstəgəl ermənipərəst konqresmen Frank Pallone Ağ Ev, Dövlət Departamenti və Pentaqona eyni məzmunlu 3 məktub göndərdi. O həmin məktublarda Azərbaycanın başladığı hərbi təlimlərin bölgədə gərgin vəziyyət yaratdığını iddia etdi. Aydındır ki, erməni lobbisi də qorxu içində olub ki, Pallonedən belə bir məktub yazxmağı xahiş edib. Ancaq Zakir Həsənovun cavabından o da aydın oldu ki, Azərbaycan ordusu bəzilərinin istədiyi kimi Paşinyan Şuşada olarkən, müharibəyə başlaya bilməzdi.

Buna baxmayaraq, Zakir Həsənovun sözlərindən bəlli oldu ki, Azərbaycan ordusu müharibəyə hazırdır, sadəcə əmr gözləyir. Müdafiə nazirinin sözlərinə görə budəfəki müharibə 4 günlük aprel savaşına bənzəməyəcək, Ermənistan növbəti müharibədə minlərlə itki verəcək. Bu mesaj birbaşa ermənilərə ünvanlanmışdı ki, danışıqlar əsasında Dağlıq Qarabağ ətarfındakı rayonların boşaldılmasına razılaşmasalar, onları müharibə və böyük itkilər gözləyir. Zakir Həsənov ilk dəfə aprel savaşı zamanı Ermənistanın itkilərini də açıqladı. Əhalisi 3 milyona çatmayan Ermənistan üçün 4 günlük savaşda 560 nəfər itirmək böyük rəqəmdir. Məhz bu itkilərdən sonra Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyan müdafiə nazirini və xeyli generalını dəyişdi, orduda korrupsiya ittihamları ilə həbslər başladı. Bütün bunlar sonda ona gətirdi ki, Serj Sərkisyan özü də hakimiyyətini itirdi. Növbəti müharibə Paşinyanın hakimiyyətinin itirilməsiylə nəticələnəcək.

Zakir Həsənov müsahibəsi zamanı bir başqa məsələyə də aydınlıq gətirdi. Müdafiə naziri ötən ilki müsahibəsində aprel savaşı günlərində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ona zəng etdyini bildirmişdi. Zakir Həsənov Şoyqunun ondan müharibəni dayandırmasını xahiş etdiyini bildirmişdi. Ermənistanın 2016-cı ilin aprel ayında ağır vəziyyətdə olmasını Zakir Həsənov belə izah edib ki, həmin günlərdə Ermənistanda səfərbərlik elan olunub. Səfərbərlik isə ordunun əlavə heyətə ehtiyac olduğu halda elan edilir. Ermənistanda səfərbərlik zor əsasında həyata keçirildiyi halda, minlərlə Azərbaycan gənci döyüşə atılmaq üçün orduya könüllü yazılmaq istəyirdi. Bu müharibəyə istəyin və hazırlığın iki ölkənin cəmiyyətlər arasındakı fərqin bariz nümunəsidir.

Zakir Həsənov budəfəki müsahibəsində rusiyalı həmkarıyla söhbətin detallarını daha geniş şəkildə açıqladı. Bəlli oldu ki, Sergey Şoyqu Zakir Həsənova zəng edəndə Azərbaycan ordusu Lələtəpə yüksəkliyini ələ keçirib Talış kəndinə doğru irəriləyirdi. Başqa sözlə Şoyqunun zəngi olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Ancaq Zakir Həsənovun sözlərinə görə, ermənilər Şoyquya yalvarıblar ki, Azərbaycan ordusunun hücumunu dayandırmasına nail olsun.

Zakir Həsənov Şoyqunun israrlı xahişlərini nəzərə alaraq aprel müharibəsinin dördüncü günü hücum əməliyyatlarını dayandırıb. Halbuki, Şoyqunun xahişinə rəğmən, hücum davam etdirilsəydi, Azərbaycan ordusu irəriləməkdə davam edəcək, separatçıların itkiləri aratacaqdı. Bəlkə də bu amil sonrakı mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda mövqelərini zəiflədəcəkdi. Əslində Rusiya rəsmiləri Azərbaycan ordusunun hücumunu dayandırması əvəzində Ermənistan hakimiyyətini münaqişənin “mərhələli həll” planına razı salacağını vəd etmişdilər. Ancaq Moskva vədini yerinə yetirmədi. Ona görə də Zakir Həsənovun müsahibəsindən onu anlamaq olar ki, növbəti savaş zamanı heç bir vədə inanmadan güc yoluyla Ermənistan hakimiyyətini “mərhələli həll” planına razı salmaq lazım gərəkəcək. Həqiqətən növbəti müharibə zamanı zənglərə inanmaq olmaz, nəticəyə yaxınlaşdıqdan sonra yenidən atəşkəsə razılaşmaq olar, əks halda erməni separatçıları yenə zaman qazanmış olacaq və işğalı davam etdirəcəklər.



“Atlas” Araşdırmalar Mərkəzi


Tarix: 24-06-2020, 14:09 Oxunub: 59


Bölməyə aid digər xəbərlər