23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
İki gündə Bakıda 100-dən çox borclu şəxs saxlanılıb

İki gündə Bakıda 100-dən çox borclu şəxs saxlanılıb

Ötən gün Azərbaycan Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən borclu qismində axtarışda olan 55 nəfər saxlanılıb. Polis postlarında sənədlər yoxlanılarkən həm mütəmadi aliment ödəməyənlər, həm də banka borcu olanlar müəyyən edilib.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadla məlumat yayır.

Tutulanlardan 30 nəfəri Bakı Metropolitenində polis tərəfindən saxlanılıb. Onlardan yeddisi qadındır.

İyunun 25-də isə asayiş keşikçiləri 52 borclu şəxsi saxlayıblar. Yenə də əksəriyyət metroda ələ keçib.

Hüquq-mühafizə orqanları tərəfindən alimentləri mütəmadi olaraq ödəməyənlərin izlənilməsi Ali Məhkəmənin Plenumunun 20 fevral 2020-ci il tarixli qərarı ilə aliment tələblərinin məhkəmə baxışı qaydasının təkmilləşdirilməsi ilə əlaqədardır.

Xüsusilə, məhkəmələrə alimentin bərpası ilə bağlı qərarların təcili icrasını təmin etmək tapşırılıb. Bununla əlaqədar, müvafiq icra hakimiyyəti orqanları mütəmadi olaraq məhkəmə qərarlarının vaxtında təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirirlər.

Alimentdən və ya bank borclarından mütəmadi şəkildə yayınma halında cinayət işinə başlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə (hökm, qərar və ya digər məhkəmə aktının icra edilməməsi) görə, bu cinayət üç ilə qədər həbslə cəzalandırılır.


Tarix: 27-06-2020, 19:20 Oxunub: 80


Bölməyə aid digər xəbərlər