22:56 / 15-11-2024
Polis əməkdaşı avtoqəzada həyatını itirdi
22:55 / 15-11-2024
İmişlidə ata və oğlu qəzada öldü
19:27 / 15-11-2024
Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
Xəbər verdiyimiz kimi, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib. Yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir.
GununNebzi.az xəbər verir ki, Bu barədə “Qafqazinfo” məsələ ilə bağlı Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin fikirlərini öyrənib.
- Əli müəllim, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi artıq Milli Məclisin saytında yerləşdirilib. Bununla bağlı nə deyə bilərdiniz?
- Bilirsiniz ki, zaman-zaman parlamentdə həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun zərurəti barədə fikirlər səsləndirilirdi. Milli Məclisin Sədri tərəfindən bu işin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr də verilib. Xatırlayırsınızsa, qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə Milli Məclis cari ilin iyulun 26-da mediaya açıqlama da vermişdi. Bu aylar ərzində layihə üzərində iş getmiş, eyni zamanda 39 siyasi partiyanın təklifi Milli Məclisə təqdim edilmiş və öyrənilib Həmçinin Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə qəbul etdiyi tövsiyələr və bir çox ölkələrin təcrübəsi nəzərdən keçirilib.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, qanun layihəsi Milli Məclisin saytında artıq yerləşdirilib və müzakirələr üçün açıqdır. Bu, imkan verəcək ki, geniş siyasi və hüquq ictimaiyyəti qabaqcadan öz rəy, təklif və fikirlərini bildirsinlər. Artıq sentyabrın sonunda ilk geniş ictimai dinləmənin keçirilməsi də planlaşdırılır ki, bu prosesdə siyasi partiyaların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin fikirlərini bir daha öyrənmək mümkün olacaq. Təbii ki, bu cür şəffaf yanaşma qanun layihəsinin daha da təkmilləşməsinə mühüm töhfə olacaq.
- Əli müəllim, sizcə yeni qanun layihəsini zəruri edən amillər hansılardır?
- Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayıb və oynamaqdadır.
Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” qanun 3 iyun 1992-ci ildə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi isə müasir dövlət quruculuğunun və siyasi sistemin hüquqi bazasının əsasını qoymuşdur.
Ötən dövr ərzində müxtəlif vaxtlarda “Siyasi partiyalar haqqında” qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasi və demokratik islahatlar, o cümlədən yeni siyasi konfiqurasiyanın formalaşması xüsusi yer tutmuşdur. VI çağırış Parlamentin ilk iclasında cənab Prezident həmçinin söyləmişdir: “... İndiki geniş miqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalar arası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Siyasi sistemin təkmilləşdirilməsi içində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır.”
Ötən dövr ərzində, xüsusən də, 2020-ci il Vətən müharibəsi gedişində bu islahatların nəticəsi olaraq müasir, müstəqil dövlət quruculuğuna xas olan siyasi münasibətlər formalaşıb. Həmçinin, qlobal dünyada baş verən proseslər fonunda müasir dünya təcrübəsinə əsaslanan müstəqil dövlət quruculuğunun gələcəyi ilə bağlı təsəvvürlər ölkədə siyasi dialoqun, siyasi plüralizmin və ümumiyyətlə siyasi islahatların daha da dərinləşməsindən xəbər verir. Bütün bu faktorlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-09-2022, 18:28 Oxunub: 53
Bölməyə aid digər xəbərlər
7-09-2022, 16:08
Milli Məclisdə yeni qanuna dair ictimai dinləmələr keçiriləcək
26-07-2022, 19:03
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır
17-09-2020, 14:08
Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaq
7-09-2022, 16:49
On min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alınacaq