23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ

Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİElektron icazə sistemindən 2 həftəlik karantin müddətində 700 minə yaxın icazə alınıb.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, bəzi şirkətlər bu icazədən sui istifadə ediblər: "Əməkdaşlar icazədən təyinatına görə istifadə etməyiblər. Bu səbəblə şirkətlərə xəbərdarlıq olunub".

O bildirib ki, hər bir təşkilat yalnız işə çıxan əməkdaşları üçün icazə almalıdır: "5 iyula qədər alınan icazələr ləğv olunacaq və hər bir təşkilat yenidən icazə almalıdır. Əks halda təşkilatla bağlı müvafiq qərarlar veriləcəkdir. İş günü olmadığı halda, həftə sonları vətəndaş ona verilən icazədən istifadə edə bilməz və yalnız sms icazə almalıdır".

Sədr əlavə edib ki, əgər hansısa şirkət icazə ala bilmirsə və hesab edirsə ki, onun icazəsi zəruridir, bu barədə iqtisadiyyat nazirliyinə müraciət edib, işinin zəruriliyini izah etməlidir.


Tarix: 3-07-2020, 20:01 Oxunub: 64


Bölməyə aid digər xəbərlər