23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb

Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb REACT-19 layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn həkimlər “Yeni klinika”da fəaliyyətlərini davam etdirir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycan ofisi, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi REACT-19 layihəsi çərçivəsində aprel ayından koronavirusla mübarizə üçün Azərbaycanda gələn 19 nəfərlik həkim heyəti nəzərdə tutulan müddət müddət iyunun sonu bitsə də geri qayıtmayıb.

Heyətdən yalnız 3 nəfər işini davam etdirmək üçün Türkiyəyə qayıdıb. Digər 16 nəfər isə Azərbaycanda onlara ehtiyac olduğundan hələ bir müddət də burda fəaliyyət göstərəcəklər.

İki gün öncə isə yenə 19 nəfər azərbaycanlı həkim Türkiyədən Azərbaycana koronavirusla mübarizə üçün gətirilib. Lakin əldə etdiyimiz məlumata əsasən onlar hansısa layihə çərçivəsində deyil, TƏBİB-in təklifinə könüllü razılıq verərək işə cəlb olunublar.

Hazırda həmin həkimlər 14 günlük karantin müddətinin başa çatmasını və sonradan iş başına keçməyi gözləyirlər.


Tarix: 4-07-2020, 13:40 Oxunub: 96


Bölməyə aid digər xəbərlər