21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Koronavirus çoxdan öyrənməli olduğumuz, fəqət öyrənmədiyimiz şeyi bizə necə öyrədib?

Koronavirus çoxdan öyrənməli olduğumuz, fəqət öyrənmədiyimiz şeyi bizə necə öyrədib?Bütün dünyanı bürüyən koronavirus xəstəliyi bəşəriyyətin sağlamlığı ilə yanaşı, insanların alıcılıq qabiliyyətinə də mənfi mənada təsir göstərməkdədir.
Müəssisələrin bağlanması, kütləvi işsizlik və qiymət artımı fonunda insanların böyük əksəriyyəti öz vəsaitlərinə ciddi qənaət etmək, bəzi məhsulların alışından ümumiyyətlə imtina etmək məcburiyyəti qarşısında qalıb.
Məsələn, aparılan araşdırmalar göstərir ki, Şərqi Avropa ölkələrinin çoxunda insnaların 50%-dən çoxu ətir və kosmetik vasitələrdən ya tamamilə imtina edib, ya da bu məhsulara nadir hallarda pul xərcləyir. 70% insan isə geyim məhsulları almağı təxirə salıb və bu məhsulara yalnız məcburiyyət qarşısında qaldıqları zaman vəsait ödəyir. Bundan başqa, məlum olub ki, insanların 30%-dən çoxu mebel, uşaq əşyaları, habelə məişətdə istifadə üçün nəzərdə tutulan kimyəvi məhsullara pul xərcləməyi dayandırıb.
Araşdırmalar nəticəsində məlum olub ki, insanların 40%-dən çoxu ərzaq məhsulları alışında da qənaətə etmək məcburiyyəti qarşısında qalıb.
Bundan başqa, rəyi soruşulanların 50%-dən çoxu pulun dəyərini yalnız indi – pandemiya səbəbi ilə gəlirlərin kəskin şəkildə azaldığı indiki dönəmdə dərk etdiklərini və post-koronavirus dönəmində belə pullarına qənaət etməkdə davam edəcəklərini bildirib.


Tarix: 9-07-2020, 15:54 Oxunub: 49


Bölməyə aid digər xəbərlər