23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"

"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk""Onun üçün narahatçılıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir"
Əziz dostlar,
“COVİD-19” virusuna yoluxmuş və vəziyyəti ağırlaşan dəyərli həkimimiz – ATU-nun Tədris Cərrahiyyə Klinikası Reanimasiya şöbəsinin müdiri, özü virusa yoluxmuş yüzlərlə xəstəni xilas etmiş Cavid Paşayevin səhhətindən narahat olan, sosial şəbəkələrdə paylaşımlar edən bütün vətəndaşlarımıza məlumat vermək istəyirəm ki, həkimin vəziyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.

Bir qədər öncə, cənab Prezidentin köməkçisi Anar Ələkbərovla danışdıq; Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi.

Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mebriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi. Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatçılıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir.

Fürsətdən istifadə edib, yenə vətəndaşlarımıza müraciət edir, özlərini, doğmalarını qorumağa çağırıram. Sizlərin sadə tələblərə əməl etməyiniz (maska taxmaq, məsafə saxlamaq, sanitar-gigiyenik qaydaları gözləmək) özünüzün, ailənizin ümumən xalqımızın, dəyərli həkimlərimizin daha çox qorunmasına xidmət deməkdir.

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri


Tarix: 9-07-2020, 16:26 Oxunub: 93


Bölməyə aid digər xəbərlər