Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi general mayor Natiq Əliyev Moderator.az-la əlaqə saxlayaraq Tovuz istiqamətində baş verən və indilərdə də davam edən ağır döyüşlərə görə ona çoxsaylı müraciətlərin olduğunu bildirib.
Generalın sözlərinə görə, ehtiyyatda və istefada olan onlarla peşəkar hərbi həkim və feldşerlər Ali Baş Komandana müraciət edərək hər zaman onun əmrində olduqlarını, yaralı əsgər və zabitlərimizi həyata qaytarmaq üçün bir an belə tərəddüd etmədən istənuilən döyüş tapşırığıan hazır olduqlarını bəyan ediblər.
Natiq Əliyev eyni zamanda fürsətdən istifadə edərək xain təxribat nəticəsində şəhid olan bütün hərbçilərimizə Allahdan rəhmət dilədiklərini və yaralılarımızın tezliklə sağalaraq Vətənin müdafiəsinə qoşulmalarını arzu edib.
Moderator.az da bu arzulara qoşularaq Uca Allahdan bütün silahlı qüvvələrimizin şəxsi heyətinə mənfur düşmən üzərində parlaq qələbə arzulayır, şəhidlərimizə rəhmət, yaralılarımnıza acil şəfalar diləyir.
Bölməyə aid digər xəbərlər