23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib

Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edibAzərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin həyat yoldaşı Lamiyə Mirzəzadə dünyasını dəyişib.
L.Mirzəzadə ötən gün ürək çatışmazlığından vəfat edib.
Məlumat üçün bildirək ki, o, 21 yanvar 1933-cü ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin İndiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirib. Təhsilini başa vurduqdan sonra neft emalı zavodunda məsləhətçi hüquqşünas vəzifəsində çalışıb.
1962-ci ildə Bakı Dövlət Universitetinin aspirantura şöbəsinə qəbul olunub. 1969-cu ildən Azərbaycan Dövlət İqitsad Universitetinin “Hüquq” kafedrasının müəllimi vəzifəsində çalışıb. “Mülki hüquq” və “Əmək hüququ” proqramının müəllifidir və bir çox elmi konfranslarda çıxış edib. İqitsad Universitetinin “İqtisadi hüquq” kafedrasının baş müəllimi olub.
Xatırladaq ki, Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da 82 yaşında vəfat edib.
L.Mirzəzadə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin anasıdır.


Tarix: 15-07-2020, 15:05 Oxunub: 106


Bölməyə aid digər xəbərlər
27-03-2020, 16:30 Rauf Babayev vəfat etdi