23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Polkovnik-leytenant Rəşad Atakişiyevin il mərasimidir - ANIM GÜNÜ

Polkovnik-leytenant Rəşad Atakişiyevin il mərasimidir - ANIM GÜNÜ


Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29 “təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olmuş pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin il mərasimidir.

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi 2019-cu il iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20-də pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılaraq, ailəsinə təhvil verilib. Avqustun 21-də isə pilot II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.

R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medalla təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 4, digərinin 8 yaşı var.

Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…

Tarix: 24-07-2020, 12:39 Oxunub: 158


Bölməyə aid digər xəbərlər