15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Anarın Kapital Banka olan kredit borcunun silindiyini indi öyrəndim” - Şəhid mayorun qardaşı...

“Anarın Kapital Banka olan kredit borcunun silindiyini indi öyrəndim” - Şəhid mayorun qardaşı...


“Biz şəhidlərimizin banklara olan kredit borclarının silinməsiylə bağlı qeyri-rəsmi söhbətlər etmişdik və bu məsələnin həllinin vacibliyini bildirmişdik”

Bunu açıqlamasında şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov deyib. O, bu işdə əməyi olan hər kəsə təşəkkür edib:

“Anar Kapital Bankdan 12 min manat kredit götürmüşdü və onun da çox hissəsini ödəmişdi. Təxminən kreditin 5-6 ayı qalırdı. Biz şəhidlərimizin banklara olan kredit borclarının silinməsiylə bağlı qeyri-rəsmi söhbətlər etmişdik və bu məsələnin həllinin vacibliyini bildirmişdik. İndi sizin vasitənizlə Anarın Kapital Banka olan kredit borcunun silindiyini öyrəndim. Diqqətinizə görə hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən Tovuz rayonunda qəhrəmancasına şəhid olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzovun Kapital Banka olan kredit borcu müəyyən olunub və bu borc bank tərəfindən tam olaraq silinib. Kapital Banka banka borcu olan digər şəhid hərbçilərimizin də borclarının silinəcəyini bildirib.

Tarix: 24-07-2020, 13:23 Oxunub: 139


Bölməyə aid digər xəbərlər