23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qənirə Paşayeva Tovuz küçələrindən birinə Şəhid generalın adı verilməsini TƏKLİF ETDİ...

Qənirə Paşayeva Tovuz küçələrindən birinə Şəhid generalın adı verilməsini TƏKLİF ETDİ... Şəhid generala vəfa borcumuz
Əslən Tovuzdan olan araşdırmaçı-yazar qardaşımız Əkbər Qoşalı, maraqlı bir təkliflə çıxış edib. Bir neçə gün öncə öz sosial media hesabında müvafiq “post” paylaşan qardaşımız, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov” yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib, mənim və Millət vəkili həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media iştirakçısı olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, Millət vəkili həmkarlarım və b.-ları tərəfindən müsbət qarşılanıb, təqdiredici yorumlar yazılıb. Belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunam.

Tovuzu Milli Məclisdə təmsil edən bir Millət vəkili olaraq, bu təklifi alqışlayıram və hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı…) yanaşı, (məncə, ilk növbədə) Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.
Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm!
Vətən sağ olsun!
Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri


Tarix: 28-07-2020, 13:54 Oxunub: 83


Bölməyə aid digər xəbərlər