01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
“Facebook”un 7,6 mindən çox istifadəçisinin hesabı oğurlanıb

“Facebook”un 7,6 mindən çox istifadəçisinin hesabı oğurlanıbBu ilin iyun ayının sonundan etibarən “Facebook”un Yaponiya seqmentinin 7,6 mindən çox istifadəçisinin hesabı oğurlanıb.
gununnebzi.az bildirir ki, Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiyanın kibertəhlükəsizlik sahəsində çalışan “Sola.com” şirkətinin məlumatına görə, oğurlanmış məlumatlar Rusiyada yerləşən serverlərdə saxlanılır. Yaponiya hökumətinə çalışan İnformasiya Texnologiyalarının İnkişafı Agentliyinin məlumatına görə, kibercinayətkarlar hesablara “fişinq”lə giriş əldə ediblər. İstifadəçilərə guya şəbəkə dostlarından videolara giriş linki ilə şəxsi mesajlar gəlib. Linki tıkladıqda isə vizual olaraq istifadəçi adı və şifrəni yenidən daxil etmək lazım olduğunu göstərən “Facebook”un başlanğıc səhifəsi açılıb.
Eyni zamanda, “Sola.com”un mütəxəssisləri iddia edirlər ki, kütləvi “fişinq”də üzvləri ispan dilində danışan azı səkkiz fırıldaqçı qrup iştirak edib. “Oğurlanan hesabların 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı olduğu kimi, ictimai rəyi manipulyasiya etmək üçün istifadə edilə biləcəyi ehtimalı var”, - “Kyodo” agentliyi Yaponiya şirkətinin prezidenti Hiroto Takahasidən sitat gətirib.
“Sola.com” bütün sosial media istifadəçilərinə şifrələrini daha tez-tez dəyişdirməyi, eləcə də ikiaddımlı autentifikasiyadan istifadə etməyi tövsiyə edir.


Tarix: 4-08-2020, 18:02 Oxunub: 85


Bölməyə aid digər xəbərlər