23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezidentin köməkçisi: "Növbəti həftələrdə - avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"

Prezidentin köməkçisi: "Növbəti həftələrdə - avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.
Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.


Tarix: 8-08-2020, 13:31 Oxunub: 108


Bölməyə aid digər xəbərlər