23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Qarabağ” “Sileks”i keçsə… - Potensial rəqibləri AÇIQLANDI

“Qarabağ” “Sileks”i keçsə… - Potensial rəqibləri AÇIQLANDIBu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.
Püşkdən əvvəl UEFA komandaları yenidən qruplara bölüb.
Birinci təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”i ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” 3-cü qrupda yer alıb.
Çempionumuz makedoniyalıları keçəcəyi halda dörd variantdan biri ilə rəqib olacaq.
Bu variantlarda yeddi mümkün komanda ilə qarşılaşa bilər.
“Midtülland” (Danimarka)
“Şerif” (Moldova) / “Fola” (Lüksemburq) cütünün qalibi
“Konnah” (Uels) / “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
“Dinamo” (Tbilisi, Gürcüstan) / “Tirana” (Albaniya) cütünün qalibi.
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün atılacaq, oyunları avqustun 25 və ya 26-da baş tutacaq.


Tarix: 10-08-2020, 09:49 Oxunub: 176


Bölməyə aid digər xəbərlər