Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.
GununNebzi.az xəbər verir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunundakı dəyişikliyə əsasən 1.0.20-ci maddə əlavə edilir:
“1.0.20. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.
Aşağıdakı məzmunda 7.10-1-ci maddə əlavə edilir:
“7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.”
Bölməyə aid digər xəbərlər