20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
23:18 / 02-12-2024
Ukraynaya 725 milyon dəyərində silah göndərəcəklər
23:17 / 02-12-2024
Atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirdilər
18:47 / 02-12-2024
Səməd Qurbanovun yerinə Emin Ağalarov sədr seçildi
18:44 / 02-12-2024
Astarada axtarılan 14 yaşlı oğlanın asılmış meyiti tapıldı
18:43 / 02-12-2024
Putin Pezeşkianla Suriyadakı vəziyyəti müzakirə ETDİ
18:28 / 02-12-2024
Havvaxanım Rüstəmovanın işi üzrə - 133 zərərçəkmiş var
17:26 / 02-12-2024
Daha bir idarə rəisi işdən çıxarıldı
17:23 / 02-12-2024
Daha bir neçə sahibkar həbs edildi - Adlar
15:50 / 02-12-2024
İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olundu
15:33 / 02-12-2024
Əli Kərimliyə bu cəza verildi
15:31 / 02-12-2024
Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi
15:28 / 02-12-2024
Prezidentdən bu nazirliklə bağlı - Fərman
15:25 / 02-12-2024
Havanı çirkləndirən obyektlərə - Xəbərdarlıq
15:24 / 02-12-2024
İcra başçısı təyin edilən məmurun yerinə o gətirildi
13:24 / 02-12-2024
Bakıda 251 min dollarlıq dələduzluq
11:47 / 02-12-2024
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:44 / 02-12-2024
İlham Əliyev həmkarlarını təbrik etdi
11:42 / 02-12-2024
Almaniya kansleri Kiyevə gəlib
10:37 / 02-12-2024
Sumqayıtda ər arvadını bıçaqladı
09:24 / 02-12-2024
Bayden oğlunu əfv etdi
06:59 / 02-12-2024
Nuru Paşanın Sabirabadda qaldığı tarixi evin sirləri - Video
06:50 / 02-12-2024
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - Video
18:00 / 01-12-2024
Bakıda tanınmış müğənni axtarışa verildi
16:19 / 01-12-2024
Suriya müxalifətinin lideri kimdir?
11:04 / 01-12-2024
Emin əkizlərini belə təbrik etdi - FOTOLAR
Ermənilərin “humanitar yük” oyunu... - Foto - Video
Ermənistan növbəti dəfə siyasi şou, manipulyasiya arxasınca qaçır.
GununNebzi.az Baku TV-yə istinadən xəbər verir ki, sülh naminə aparılan prosesə hər vəchlə mane olmağa çalışan Ermənistan rəhbərliyi “Laçın” dövlət sərhədinin keçid məntəqəsində təxribata əl atır.
Azərbaycan müxtəlif müstəvilərdə dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Üstəlik, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyildir. Burada Ermənistanın yeganə məqsədi təxribata əl atmaq, sülh prosesinə əngəl yaratmaq, prosesi maksimum yubatmaqdır ki, sözügedən fəaliyyət regionda sülh və təhlükəsizliyə təhdid xarakteri daşımaqdadır.
Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. Elə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də vurğulayıb ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.
Ermənistan və separatçı ünsürlər Azərbaycan əraziləri ilə bağlı hər hansı bir məsələdə fikir sahibi ola biləcəklərini zənn etsələr də, Azərbaycan dövləti bütün platformalarda öz torpaqları ilə bağlı yeganə qərar sahibinin özü olduğunu göstərib. Belə olan halda isə erməni tərəfinin Ağdam-Xankəndi yolundan istifadəyə “yanaşmaması” Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözləri ilə desək, rəsmi İrəvanın siyasi şou yaratmaq cəhdi və siyasi möhtəkirlik nümunəsidir.
Sözügedən şounun yeganə məqsədi erməni tərəfinin riyakar planlarını təşviq etmək, beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir və rəsmi Bakı bu şounun qarşısını almaq iqtidarındadır.
Elə xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək də sözün əsl mənasında məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. Bu, uzun illər ərzində Qərb tərəfindən nümayiş etdirilən ikiüzlü yanaşmanın başqa bir təzahür formasıdır.
Azərbaycan dövlətinin və xalqının həmrəyliyi, habelə ölkəmizin dünyada artan nüfuzu onu deməyə əsas verir ki, Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və bu riyakar plan birmənalı olaraq iflasa məhkumdur.
Ermənilərin “humanitar yük” oyunu başlamadan bitməyə məhkumdur. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir və Azərbaycan tam olaraq beynəlxalq hüquq və prinsiplərdən çıxış edərək öz suverenliyi ilə bağlı məsələlərdə qərar verir. Nə Ermənistan, nə də onun havadarlarının sözügedən məsələdə söz hüququ yoxdur!
Bölməyə aid digər xəbərlər

Tarix: 27-07-2023, 10:36 Oxunub: 28
Bölməyə aid digər xəbərlər
19-11-2021, 21:49
“Ermənistan hərbi-siyasi təxribata əl atır”
14-11-2021, 17:41
Laçında təxribata cəhd göstərən ermənilər geri çəkilməyə məcbur edildi
6-09-2020, 10:12
Tural Gəncəliyev: “Ermənistan rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır”
27-04-2023, 14:27
Ketrin Kolonna: “Fransa sülh və təhlükəsizlik üçün çalışır”