15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
İctimai iaşə müəssisələrinin açılması yoluxma hallarını artıra bilərmi?

İctimai iaşə müəssisələrinin açılması yoluxma hallarını artıra bilərmi?Adil Qeybulla: “Əsas məsələ insanların karantin, əks-epidemik davranışlara nə dərəcədə əməl etməsidir”

Məlum olduğu kimi, uzun fasilədən sonra açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin açıılması planlaşdırılır.
Bəs bu müəssisələrin açılması yoluxma hallarının artmasına səbəb ola birləmi?
Açıqlama verən professor Adil Qeybulla insanların karantin qaydalarına əməl etməsinin bu məsələdə mühüm önəm kəsb etdiyini vurğuladı:
“Ev karantini ləğv ediləndən sonra sosial həyatın ayrı-ayrı sahələrinin aktivləşməsi mərhələli şəkildə həyata keçirilməyə başladı. Əslində bunu təlimatlar hazırlayıb birdən də həyata keçirmək mümkün idi. Əsas məsə insanların karantin, əks-epidemik davranışıdır. Sosial izolyasiya, maska taxılması və bir də dezinfeksiyaedici məhlullardan istifadə olduqca vacibdir. Qapalı yerə daxil olan hər kəs bu məkana maska ilə daxil olmalı və əllərini dezinfeksiya etməlidir. Təcrübə göstərir ki, maska ilə bədənə daxil olan virusun dozası xeyli aşağı olur. Bu da xəstəliyin yüngül keçməsinə səbəb olur. Ona görə də maska taxmağa ciddi yanaşmaq lazımdır. Qapalı, xüsusilə də kondinsioner işləyən yerlərdə maskadan istifadə etməmək, maskanı çənənin altında saxlamaq olmaz.



Sosial məsafə amilinə də diqqət yetirmək lazımdır. Bir şeyi unutmaq olmaz ki, virusun yeganə yoluxma mənbəyi təmasdır. Bu təmasların minimuma endirilməsi yoluxmanın da minimuma endirilməsi deməkdir. Lakin təəssüflər olsun ki, insanların bir çoxu bu qaydalara önəm vermir. Bu isə olduqca təhlükəlidir”.


Tarix: 15-08-2020, 15:49 Oxunub: 142


Bölməyə aid digər xəbərlər