23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Yenidən sərt məhdudlaşmaya gedilə bilər" - Deputat

"Yenidən sərt məhdudlaşmaya gedilə bilər" - DeputatSon 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası ilə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib. Belə ki, avqustun 16-da 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?
Bununla bağlı Konkret.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur:
“Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artımlar çoxalsa, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər. Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydaları əməl etmək məcburiyyətindədirlər.
Əgər əməl etməsələr, belə problemlər artacaqdır. Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq.
Mütləq qoyulan məhdudiyyətlər artırılacaq. Açılan sahələrin də fəaliyyətinin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.


Tarix: 17-08-2020, 16:15 Oxunub: 139


Bölməyə aid digər xəbərlər