01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
"Elə istəyirəm ki, haqqımda heç nə yazmayasınız və elə bilsinlər ki, ölmüşəm..."

"Elə istəyirəm ki, haqqımda heç nə yazmayasınız və elə bilsinlər ki, ölmüşəm..."Bu gün Əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür.
A.Haşımova açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümdə evdə oturub televizora baxıram, karantin qaydalarına riayət edirəm. Ayağımdakı problem hələ də davam edir. Həkimlər əllərindən gələni ediblər, amma yenə də tam sağalmamışam. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Müğənni mətbuatda və sosial şəbəkədə onun haqqında həqiqətə uyğun olmayan fikirlərin yayılmasından da gileylənib:
“Ümumiyyətlə, elə istəyirəm ki, haqqımda heç nə yazmayasınız və elə bilsinlər ki, ölmüşəm. Səhhətimdə problemlər var və belə yanlış xəbərlər mənə pis təsir edir. Bu günə kimi xalqıma xidmət etmişəm, heç kimə pislik etməmişəm. Keçən dəfə köməkçim Nicat deyir ki, feyыbukda bir qadın yazıb ki, guya Aybəniz xanım qadınlarımızı təhqir edib. Siz harda görmüsünüz ki, öz millətimin qadınlarını hardasa təhqir edim? Bütün bunlara mənə pis təsir edir. Bu gün 52 yaşım tamam olur və bu günə qədər çəkmədiyim zülm qalmayıb. Yaşadığımı da guya özüm üçün yaşayıram? Balalar yetişdirirəm, müsabiqələrə çıxarıram, ölkəmizi yüksək səviyyədə təbliğ edirəm. Axırıncı qəpiyimə qədər onlara xərcləmişəm. Bu o demək deyil ki, milyonlarım başımdan aşır. Elə olub ki, boynumun qızıl sepini satıb uşaqların əyninə paltar almışam ki, səhnəyə qəşəng çıxsın. Amma gediи heç kimə deməmişəm ki, mənim üçün bunu etsin. Çünki mənim də bu vətənə borcum var, torpağına ayaq basıram, suyunu içirəm. Mən də bu dünyadan gedəndə kimsə kimi köçmək istəyirəm. Qoy onda desinlər ki, dünyadan köçən adam millətinə bu sevgini verən adamdır”.


Tarix: 22-08-2020, 19:03 Oxunub: 131


Bölməyə aid digər xəbərlər