23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”

“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”"Qızım yaşında müğənnilər evlə təmin olunur, amma mənim əlimdən alınanım geri qaytarılmır"

Bu gün Əməkdar artist Ədilə Əflakinin doğum günüdür.

gununnebzi.az xəbər verir ki, Moderator.az-n əməkdaşı müğənniylə əlaqə saxlayarkən məlum olub ki, o da koronavirusa yoluxub və artıq beş gündür ki, xəstəxanada müalicə olunur. Əməkdar artist saytımıza açıqlamasında yaşadığı şəraitsiz evdə nəinki koronavirusa, hətta bir çox xəstəliklərə yoluxmaq üçün real təhlükə olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun, oğlum. Mən koronavirusa yoluxmuşam və artıq beş gündür ki, xəstəxanada müalicə olunuram. Nəfəs almaqda çətinlik çəkirəm. Çox sağ olsun millət vəkilimiz Qənirə xanım Paşayeva, mənə köməklik edir. Temperaturum olan kimi Qənirə xanıma zəng vurdum və o, məni xəstəxanaya yerləşdirdi. Yaşadığım o şəraitsiz evdə nəinki koronavirusa, hətta bir çox xəstəliklərə belə yoluxmaq olar. Ölüm ayağındayam, amma hələ də məni mənzillə təmin etməyiblər. Qızım yaşında müğənnilər evlə təmin olunur, amma mənim əlimdən alınanım geri qaytarılmır. Bununla bağlı ölkə başçısına da müraciət etmişəm. Özünüzü qoruyun, xəstəlik yayılıb. Hamınıza təşəkkür edirəm”.


Tarix: 4-07-2020, 13:25 Oxunub: 154


Bölməyə aid digər xəbərlər