21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Mütəxəssislər bağırsaq disbalansına səbəb olan 5 əsas amili açıqladı...

Mütəxəssislər bağırsaq disbalansına səbəb olan 5 əsas amili açıqladı...Sağlamlığımız çox dərəcədə bağırsaq mikroflorasının balansından asılıdır: "yaxşı" mikroorqanizmlər üstünlük təşkil edirsə, bu normal həyat tonusundan, möhkəm sağlamlıq və yaxşı immunitetdən xəbər verir.

gununnebzi.az bu haqda İsrail mediasına istinadla yazır.

Bəs hansı davranış və hallar bağırsaq mikroflorasına mənfi təsir göstəri?

1. Qeyri-müntəzəm yemək.

Öz qrafikinizə əməl edin - gündə təxminən eyni vaxtlarda yeyin. Yeri gəlmişkən, yolda, ayaq üstdə yeməyin: dayanıb rahat bir şəraitdə yeyin.

2. Həzm sistemində problemlər.

Daxili orqanlarınızın xəstəlikləri varsa, onlarla mütləq mübarizə aparmaq lazımdır - lazımi müayinələrdən keçin, həkim tövsiyələrinə əməl edin və müalicə olunun.

3. Antibiotiklər.

Heç bir halda "həkim" rolunu oynamayın və özünüzə belə ciddi dərmanlar təyin etməyin. Məlumdur ki, antibiotiklər zərərli mikroorqanizmlərlə yanaşı, sağlamlıq üçün lazım olan bakteriyaları da öldürür.

4. Fiziki fəallığın olmaması.

Unutmayın ki, passiv bir həyat tərzi və oturaq iş bir sıra təhlükəli xəstəliklərin inkişafına səbəb olur. Gündə iki dəfə yüngül məşqlər etmək üçün vaxt ayırın.

5. Səhv qidalanma.

Tərkibində süni kimyəvi əlavələr olmayan təbii məhsulların lehinə ləzzətli qidalardan imtina etmək gərəkdir.


Tarix: 25-08-2020, 12:56 Oxunub: 107


Bölməyə aid digər xəbərlər