23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Oruc tutanda halsız olmamaq üçün bunları edin

Oruc tutanda halsız olmamaq üçün bunları edin




Müqəddəs Ramazan ayıdır. Bir çox inanclı insan oruc tutur. Bu il oruclu qalmağın müddəti 16 saatdır. Ramazan ayında oruc tutan insanlar özlərini halsız hiss etməmək üçün müəyyən qaydalara əməl etməlidirlər.

Beş.azölkə.az-a istinadən oxucularına bu gün oruc tutanda halsız qalmamaq üçün nələrə diqqət etmək lazım olduğu barədə kiçik yazını təqdim edir.

1.Kifayət qədər maye qəbul edin

Orucu 1 stəkan su ilə açmağa çakışın. İftarda tərkibində şəkər əlavəsi olmayan kompotlar və şorbalar için. Meyvə və tərəvəz qəbul edin. Çay və qəhvə kimi kafeinli içkilər orqanizmdən maye ifrazını artırır. Buna görə də ən azı 8-10 stəkan su qəbul etməyə çalışın.

2.Sahurda mütləq yemək yeyin

Ramazan ayında badam, qoz, fındıq kimi maqnezium tərkibli qidalar qəbul etmək önəmlidir. Xüsusən də sahurda qəbul edilən meyvələr və çiy tərəvəzlərin tərkibində yüksək miqdarda maye olduğu üçün gündəlik maye ehtiyacınızı da ödəyəcək.

3.İftarı açanda bunlara diqqət edin

Orucu 1 stəkan su ilə açın və sonra bir qab şorba için. 15 dəqiqə heç nə qəbul etməyin. Çünki dalbadal yeməkləri mədəyə doldurmaq yuxu verir və yorğunluq hissini artırır. İftarla sahur arasına meyvə, qatıq və ya kefir qəbul edin.

4.Aralıq dənizi qidaları

Aralıq dənizi tipli qidalara üstünlük verin. Bunlar doymamış yağlarla zəngin zeytun, badam, fındıq və qozdur. Bundan əlavə, tərəvəz, meyvələr, balıq kimi ağ ət və süd məhsulları qəbul edin. İftarda süfrənizə çiy və bişmiş səbzələr düzün. Yağsız ətlərə üstünlük verin.

5.İşlənmiş ət məhsulları və şəkərdən uzaq durun

Sahurda qəbul etdiyiniz kolbasa və sosis kimi işlənmiş ət məhsullarının tərkibində duz və yağ olduğu üçün gün ərzində susuzluq verir. Bundan başqa şəkər və şəkər əlavəli qidalar qan şəkərini artırır və qəflətən azalmasına səbəb olur. Bu isə insan orqanizminə ziyandır. Yuxu və halsızlıqla nəticələnir.

6.Bağırsaqlara diqqət edin

Orucun ilk günlərində qidalanma rejimi dəyişir. Bu səbəbdən də kifayət qədər maye və lif qəbul etməmək qəbzliyə səbəb olur.

7.Hərəkət edin

İftardan bir saat sonra 40-50 dəqiqəlik yürüşə çıxın. Bu həzmi asanlaşdıracaq və yaxşı yuxuya səbəb olacaq.

Tarix: 13-05-2019, 19:32 Oxunub: 227


Bölməyə aid digər xəbərlər
11-05-2019, 08:00 Ramazanda doğru qidalanın