02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Parisdə erməni bəstəkarın heykəlinə "saxtakar" yazılıb

Parisdə erməni bəstəkarın heykəlinə "saxtakar" yazılıbFransanın paytaxtı Parisdə erməni bəstəkar Komitasın heykəli boya ilə yazılıb.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, heykəlin postamentinə fransız dilində “C'est faux” (“Bu saxtadır”) ifadəsi yazılıb.
Qeyd edək ki, əsl adı Soqomon Soqomonyan olan Komitas Eçmiədzində ruhani seminariyasında musiqidən dərs verib. Ermənilərin iddiasına görə, 1915-ci il hadisələrinin şahidi olub. 1869-cu ildə anadan olub. 1915-ci ildən ölənədək 20 il Parisdə psixiatriya xəstəxanasında saxlanılıb. O, ermənilərin saxta soyqırımı iddiasının əsas təbliğatçılarından olub. Soqomon Soqomonyan 1935-ci ildə Parisdə psixiatriya xəstəxanasında ölüb.


Tarix: 31-08-2020, 15:31 Oxunub: 94


Bölməyə aid digər xəbərlər