Cahangir Məmmədli: “KİVDF böyük işlər görməkdədir”
Ölkəmizdə mediaya dövlət qayğısının hər zaman aktual olduğu, bu qayğının bu gün də özünü göstərdiyi heç kimə sirr deyil.
Bəs Azərbaycanda dövlət-media münasibətləri, bu münasibətlər nəticəsində formalaşan çoxillik təcrübə hansısa əcnəbi dövlətlər üçün də maraq kəsb edirmi?
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli ölkəmizin bu sahədəki təcrübəsindən pandemiya dönəmində bir sıra dövlətlərin istifadə etdiyinə diqqət çəkdi:
“Ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu var. Bu fond jurnalistlərə dəstək məqsədi ilə xeyli iş görməkdədir. Düzdür, bəzi şəxslər var ki, onlar bu fondun əleyhinədirlər. Onlar iddia edir ki, guya dövlət jurnalistə dəstək göstərəndə, jurnalist ideolojiləşir və s. Mənsə hesab edirəm ki, Azərbaycan mühitində bu dəstəyə böyük ehtiyac var. Hətta Azərbaycan təcrübəsindən istifadə etməklə Qərb ölkələri pandemiya dövründə jurnalistlərə dövlət dəstəyi formasında özlərində müxtəlif qurumlar yaratdılar. Bu baxımdan ümid edirəm ki, ölkəmizdə KİV-ə dövlət dəstəyi daha da artırılacaq. Jurnalistlərimizə xüsusi qayğı bundan sonra da özünü göstrəcək.
Prezidentimiz jurnalistlərimizi hər zaman yüksək qiymətləndirib və bu gün də onu öz praktik fəaliyyətində göstərməkdədir”.
Bölməyə aid digər xəbərlər