Bütün dünyada yayılan COVİD-19 virusu hələ də davam edir. Ən yaxşı qorunma yolları maska, məsafə, gigiyena olduğunu deyən mütəxəssislər virusa qarşı qoruyan bitkini də açıqlayıblar.
Türkiyəli həkim Mustafa Gerek aparılan yeni araşdırmaların nəticələrinə görə, buxurkolu bitki tərkibli məhsulların virusla mübarizədə önəmli rolu olduğunu vurğulayıb:
“Almaniyada aparılan bir araşdırmada buxurkolu tərkibli məhsulların təmasda virusu 99,9 faiz azaltdığı ortaya çıxdı”.
"Bu antioksidan özəllikli bitkidir. Ağız və udlaq nahiyəsində baryer yaradaraq virusa qarşı təsir edir, orqanizmi qoruyur”, - həkim deyib.
O qeyd edib ki, ikinci dalğanın yaşanmaması üçün tədbirimizi görməliyik:
"Koronavirusa yoluxmanın daha da artmaması üçün tədbirlərimizi görməliyik. Avropa və dünyanın bir çox ölkələri koronavirusun ikinci dalğası ilə mübarizə aparır. Buna görə də cəmiyyət olaraq, hər bir insan tədbirini almalıdır".(Medcina.az)
Bölməyə aid digər xəbərlər