16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Hər şey çox yaxşıdır...” – Nisə Qasımova

“Hər şey çox yaxşıdır...” – Nisə Qasımova“Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram”.
gununnebzi.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasbət bildirərkən deyib.
Səhhəti, pandemiya kimi məsələlərlə gündəmdə olmaq istəmədiyini deyən sənətkar, yeni mahnısının “Yalan dünya”, “Məni satdın nəfsinə” kimi hit olacağına əminliyini ifadə edib:
“İnanın bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm mahnını yazdırım, onu aranjıman etdirim... Zəng edib deyirlər “barənizdə nəsə eşitmişik”, “səhhətinizdən narahatıq”, “niyə efirlərdə görünmürsüz”... Bir sözlə, hər şey yaxşıdır”.

N.Qasımova elə telefondaca “Mən yenə qayıtdım” mahnısını da zümzümə edib, tezliklə onu sevələri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.

Qeyd edək ki, mediapost.az Xalq artistinin xərçəgə yoluxması ilə bağlı məlumat yayıb.


Tarix: 16-09-2020, 16:00 Oxunub: 195


Bölməyə aid digər xəbərlər