23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xalq artisti qonşusunu məhkəməyə verdi

Xalq artisti qonşusunu məhkəməyə verdiXalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.
Aktrisanın yaşadığı tarixi binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir.
Bu barədə Z.Nərimanovadan münasibət öyrənilib. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirib.
Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd edib.


Tarix: 18-09-2020, 09:36 Oxunub: 131


Bölməyə aid digər xəbərlər