20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Qənirə Paşayeva İftixar Piriyevi 60 yaşının tamam olması münasibətilə təbrik edib

Qənirə Paşayeva İftixar Piriyevi 60 yaşının tamam olması münasibətilə təbrik edibİrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi İftixar Piriyevin 60 yaşı tamam olub. Bu münasibətlə tanınmış sənətkarı Mədəniyyət Komitəsində qəbul edən Komitə sədri Qənirə Paşayeva onu Komitə üzvləri adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
İftixar Piriyev Azərbaycan teatr sənətində yaddaqalan obrazlarla çıxış etmiş tanınmış sənətkarlarımızdandır. Onun teatr sənətimizin inkişafındakı xidmətləri tamaşaçıların təqdirini, alqışını qazanıb.
İftixar Piriyev 1960-cı ildə Gürcüstanın Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) doğulub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib; həmin il Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. 1981-ci ildə ali təhsilini uğurla başa vurub, Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb; burada müxtəlif xarakterə malik otuzdan çox obraz yaradıb.
Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V.Şekspir, “Kral Lir”), Əlibəy (S.Vurğun, “Vaqif”), Niftalı (V.Səmədoğlu, “Yayda qartopu oyunu”), Vəliqulu (Anar, “Sizi deyib gəlmişəm”), Əkbər, Xəzər (N.Xəzri, “Mirzə Şəfi Vazeh”, “Gecə döyülən qapılar”), Bayandur (İ.Əfəndiyev, “Büllur sarayda”), bədii film və televiziya tamaşalarında Əsgər (S.Budaqlı, “Közərən evin işıqları”), Əbdül (Ə.Hacızadə, “İtkin gəlin”), Vədad (R.N.Güntəkin, “Dodaqdan qəlbə”), Aslan (B.Vahabzadə, “Yağışdan sonra”), Nofəl (A.Rəhimov, “Canavar balası”), Şef (A.Rəhimov, “Qırmızı qar”) və b. obrazlar İ.Piriyevin yaradıcılıq özkeçmişinin parlaq səhifələrini təşkil edir.
İ.Piriyev müxtəlif ədəbi-bədii verilişlərdə çıxış edib, “Ozan” folklor toplusunun aparıcısı olub.
1990-cı ildə özəl Azərbaycan Milli “Dastan” Teatrını da İ.Piriyev yaradıb, bu teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib.
1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpası ilə bağlı Gürcüstana ezam olunan İ.Piriyev, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin olunub.
İ.Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur.
O, 2018, 2019 və 2020-ci ildə Azərbaycan Prezidentinin Mükafatına layiq görülüb.
Tanınmış sənətkar İ.Piriyevi 60 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı və mədəniyyətimizin inkişafı yolunda yeni uğurlar diləyirik!


Tarix: 18-09-2020, 15:25 Oxunub: 177


Bölməyə aid digər xəbərlər