23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Müdafiə Nazirliyi əks-hücumun davam etdirilməsinə qərar verdi: Düşmən “İsgəndər” tətbiq edəcəyi halda...

Müdafiə Nazirliyi əks-hücumun davam etdirilməsinə qərar verdi: Düşmən “İsgəndər” tətbiq edəcəyi halda...Oktyabrın 6-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

GununNebzi.az xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq, düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.

Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcəyini bildirib.

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.


Tarix: 6-10-2020, 16:11 Oxunub: 170


Bölməyə aid digər xəbərlər