23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda politoloq koronavirusa yoluxub - Foto

Azərbaycanda politoloq koronavirusa yoluxub - FotoQafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy koronavirusa yoluxub.

gununnebzi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, artıq 10 gündür ailəliklə koronavirusla mübarizə aparırlar:

"Xanım müalicədən müəyyən ölçüdə müsbət nəticə alıb.Ancaq tam sağalıb demək olmaz. Mən isə hələ təzə başlayaram. 4-5 gündür qızdırma və halsızlıq davam edir. Görək axırı necə olur. Özünüzü qoruyun!".

Xatırladaq ki, N.Cəfərsoyun qardaşı, Supersport.az saytının rəhbəri Anar Cəfərsoy da bir neçə ay bundan öncə koronavirusa görə xəstəxanada müalicə alaraq sağalıb. Politoloqun anası Zöhrə Cəfərova isə koronavirusdan vəfat edib. 69 yaşlı Z.Cəfərova may ayının 28-də Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Z.Cəfərova Bakı Tikiş Evində çalışıb və orada koronavirusa yoluxub.



Azərbaycanda politoloq koronavirusa yoluxub - Foto


Tarix: 7-12-2020, 15:23 Oxunub: 201


Bölməyə aid digər xəbərlər